Ermənistan prezidenti Armen Sarkisyan silahlı qüvvələrin baş qərargah rəisinin müavini Karen Abramyanı vəzifədən azad edib.

Unikal.org-un məlumatına görə, bu barədə prezident müvafiq fərman imzalayıb.

Qeyd olunur ki, rəis müavini baş nazir Nikol Paşinyanın təklifi əsasında azad edilib.

Qərarın səbəbləri ilə bağlı məlumat verilməyib.