FETÖ terror təşkilatının “Afrika qolu”nun rəhbəri İbrahim Tatar İstanbulda saxlanılıb.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, terrorçu İstanbul Polis İdarəsinin kəşfiyyat və mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Ümraniyə bölgəsində ələ keçirilib.
Onun FETÖ-nün kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etdiyi müəyyən olunub. Şübhəli şəxsin yaşadığı evdə axtarış aparılan zaman dörd mobil telefon, yaddaş kartları və təşkilata aid çoxlu sayda yazılı və rəqəmsal material götürülüb.