Mayın 7-dən etibarən Türkiyədə karantin rejimi ilə bağlı məhdudiyyətlər daha da sərtləşdiriləcək.
Unikal.org xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, məhz bu tarixdən sonra marketlərdə yalnız əsas tələbat malları və gigiyena vasitələrinin satışına icazə veriləcək.
Elektronika, oyuncaq, dəftərxana ləvazimatları, geyim, avtomobil aksesuarları, qab-qacaq və bağ-baxça üçün nəzərdə tutulmuş məhsulların satışı isə qadağan olunacaq.
Qeyd edək ki, daha əvvəl ölkə mağazalarında spirtli içkilərin satışı qadağan edilmişdi.
Məhdudiyyətlər mayın 17-dək qüvvədə qalacaq.