Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin yeni Konstitusiyasını imzalayıb.
Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Yeni Konstitusiya məhz ölkəmiz üçün aktual olan çağırışlar nəzərə alınaraq yazılıb”, - Prezident vurğulayıb.
Dəyişikliklər Prezidentin səlahiyyətlərinin əhəmiyyətli dərəcədə artırılmasını, parlamentin hüquqlarının azaldılmasını və sayının 120 nəfərdən 90-a endirilməsini nəzərdə tutur.