Meksikada metro körpüsünün çökməsi nəticəsində çox sayda insan itkisi ilə əlaqədar 3 günlük matəm elan edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkə Prezidenti Andres Manuel Lopes Obrador bununla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, paytaxt Mexiko şəhərinin cənubunda metro körpüsünün çökməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, 79 nəfər isə yaralanıb.