Rusiya lideri Vladimir Putin və Tacikistan Prezidenti Emoməli Rəhmon Moskvada keçiriləcək görüşdə Tacikistanla Qırğızıstan sərhədindəki vəziyyəti müzakirə edəcək.

Unikal.org  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"8 mayda prezidentlər danışıqlar aparacaq. Sərhəddəki vəziyyətə toxunulacaq”, - Peskov vurğulayıb.