Rusiyanın xarici işlər naziri Sergey Lavrov 5-6 may tarixlərində Ermənistana səfəri zamanı baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Lavrov Nikol Paşinyandan başqa xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla da görüşəcək.