Yaponiya, yeni növ koronavirus (COVID-19) təsiri altında olan Hindistana 50 milyon dollar dəyərində tibbi yardım göndərəcək.
Unikal.org xəbər verir ki, hər iki ölkənin baş nazirlərinin onlayn formatı zamanı qeyd olunan yardıma Hindistan tərəfi təşəkkürünü bildirib.
Belə ki, Yaponiya Hindistana tənəffüs aparatları və oksigen qatılaşdırıcı maddələr daxil olmaqla müxtəlif sağlamlıq avadanlıqları göndərəcək.