“Microsoft” şirkətinin sahibi Bill Qeyts boşanma qərarı aldığı həyat yoldaşı Melinda Qeytsə ödədiyi külli miqdardakı təzminat ilə hər kəsi təəccübləndirib.
Unikal.org xəbər verir ki, dünyanın 4-cü ən zəngin iş adamı həyat yoldaşına şirkətinin 1,8 milyard dollar dəyərindəki hissəsini verib.
124 milyard dollar sərvətinə malik Qeytsin bu addımı dünyanın ən bahalı boşanması olaraq qeyd olunub.