Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 847 mindən çox artıb.
Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutkada 847 537 nəfər koronavirusa yoluxub, 14 777 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 154 815 600, ölənlərin isə 3 236 104 nəfərə çatıb.
Dünya ölkələri üzrə ən çox yoluxma halları ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 167 970 nəfər virusa yoluxub. Siyahıda sonrakı yerlərdə Hindistan (21 077 410), Braziliya (14 856 888), Fransa (5 616 180), Rusiya (4 855 128), Böyük Britaniya (4 425 944), İtaliya (4 070 400), İspaniya (3 551 262), Almaniya (3 473 503) və Argentina (3 047 417) qərarlaşıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.