Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin koronavirusa qarşı öz peyvəndini yaratdığını deyib.

Unikal.org  xəbər verir ki, bu barədə “BelTA” agentliyi məlumat yayıb.

Belarus prezidentinin sözlərinə görə, peyvənd 6 mayda yaradılıb və dünən sınaqdan keçib.

Qeyd edək ki, aprel ayında Lukaşenko COVID-19-a qarşı peyvənd hazırlanması barədə təlimat verib.