İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 nəfər yoluxub.
Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 838 892 nəfərə, ölənlərin sayı isə 6 377 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 831 620 nəfəri sağalıb, aktiv koronavirus xəstələrinin sayı 895 nəfərə düşüb.