Türkiyədə son sutka ərzində 282 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda 13 min 604 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 44 min 936, pandemiya qurbanlarının sayı isə 43 min 311 nəfərə çatıb.
Türkiyədə indiyədək 4 milyon 743 min 871 pasiyent (son sutkada 26 min 953 nəfər) sağalaraq evə buraxılıb