İranda ötən sutka ərzində 307 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 75 568 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 18 133 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 691 352 nəfərə çatıb.