Rusiya ilə Rumıniya arasında gərginlik yaranıb.
Unikal.org xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin bu gün yaydığı açıqlamada bir müddət öncə rus diplomatın Rumıniyadan qovulmasına cavab olaraq, bu ölkənin Moskvadakı səfirliyinin köməkçisi arzuolunmaz şəxs elan edilib. Rumın diplomat ölkəni 72 saat içərisində tərk etməlidir.
"11 may tarixində Rumıniya səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə dəvət edildi və burada nazirlikdən Rumıniya səfirliyində Müdafiə məsələləri üzrə köməkçi kapitan G. İlieskunun “persona-non-qrata” olduğunu bildirən bir nota verildi. Ona Rusiya Federasiyasının ərazisini 72 saat ərzində tərk etməsi tapşırığı verildi ", - deyə XİN-in yaydığı məlumatda qeyd olunub.
Açıqlamada o da vurğulanıb ki, Moskvanın bu addımı Rumıniya tərəfinin 26 apreldə Buxarestdəki Rusiya səfirliyində çalışan hərbi attaşenin köməkçisinin əsassız şəkildə “persona-non-qrata” elan olunmasına cavab olaraq atılıb.