Fələstinin “Həmas” radikal qrupuna daxil olan “İzzəddin Əl-Qəssam briqada”sının Tel-Əvivə raket atması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb .
Unikal.org xəbər verir ki, bu barədə The Times of Israel qəzeti məlumat verib. Bildirilib ki, Tel-Əviv yaxınlığındakı Rishon LeZion şəhərində bir qadın raketlə öldürülüb. Ben Qurion Beynəlxalq Hava Limanının bağlanması qeyd edilir.
Xatırladaq ki, Qəzza zolağına nəzarət edən radikal HƏMAS hərəkatının silahlı birləşmələri olan "İzzəddin Əl-Qəssam briqadaları" Tel-Əviv və ətrafına doğru 130 mərmi atıldığı barədə xəbər yayıb.