İsrailin baş naziri Binyamin Netanyahu ölkə vətəndaşlarına müraciəsində bildirib ki, HƏMAS hərəkatının və “İslam cihadı”nın tərəfdarları öz hərəkətlərinə görə üçün yüksək bədəl ödəyəcəklər.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Biz təhlükəsizlik qüvvələrinin nümayəndələrinin iştirakı ilə vəziyyətin qiymətləndirilməsi ilə bağlı müşavirə keçirdik. Qərara gəldik ki, HƏMAS və "İslam cihadı" İsrailə qarşı öz hərəkətlərinə görə yüksək bədəl ödəyəcəklər. Mən bu gün sizə deyirəm — onlar bunu öz həyatları ilə ödəyəcəklər. Biz mənfur düşmənə qarşı birik", - Netanyahu deyib.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı "İzzəddin al-KassaBim briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 130 raket buraxdığını elan edib. “The Times of Israel” qəzeti isə bildirib ki, HƏMAS silahlılarının İrailin Təl-Əviv şəhərini raket atəşina tutması nəticəsində 1 nəfər həlak olub, azı 8 nəfər xəsarət alıb. Atəş zamanı 1 avtobus yanıb.

Eyni zamanda “Ynet” xəbər portalı da Təl-Əviv yaxınlığındakı Rişon-le-Sion şəhərinə raket zərbəsi nəticəsində 1 qadının həlak olması barədə məlumat yayıb.