ABŞ rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.
Unikal.org xəbər verir ki, bu barədə “CNN” televiziyasının əməkdaşı Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün “Tvitter” səhifəsində yazıb.
Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarəsi ilə İsrail ərazisini tərk ediblər. Onlar Almaniyaya aparılıblar.