Türkiyə ordusunun əsgəri İraqın şimalında həlak olub.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.
Qeyd edilir ki, hadisə “Pence-Şimşek” əməliyyatı zonasında baş verib. Belə ki, terrorçular əsgərə atəş açıblar.
Türkiyənin müdafiə naziri Hulusi Akar əsgərin ailəsinə başsağlığı verib.