"Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları məsuliyyət zonalarında tərəflərin sərhədlərini müəyyənləşdirmə xəttində atəşkəsə riayət olunmasını izləmək, həmçinin Laçın dəhlizində nəqliyyat vasitələrinin təhlükəsizliyini, ərzaq məhsulları və müxtəlif malların daşınmasını təmin etmək vəzifələrini davam etdirirlər".
Unikal.org Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin hərbçisi Mixail Barskov bildirib.
Onun sözlərinə görə, son bir həftə ərzində sülhməramlı kontingentin məsuliyyət zonasında atəşkəs pozuntuları, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb.
"Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün hazırlanmış “Blokpost istehkamları ilə təchiz edilib.
Keçid olduqca ciddi və aktivdir. Tranzit nəqliyyat gedir. Bizim vəzifəmiz, cavabdeh olduğumuz hissəmizdən maneəsiz və sakit keçid təmin etməkdi. Hamısının yaxşı olub-olmadığını, dəhliz boyunca, hissəmiz boyunca hərəkətin necə olduğunu dəqiqləşdiririk. Hansı yükləri apardıqları ilə maraqlanırıq, sənədlərini yoxlayırıq” - deyə Laçın dəhlizində xidmət edən Mixail Barskov bildirib.