Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına (Aİ) üzv ölkələrin Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri ilə görüşüb.

Unkal.org xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq "Twitter"də bildirib.

Almaniyalı diplomatın sözlərinə görə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskasın dəvəti ilə baş tutan görüşdə regional sülh perspektivləri, Aİ və Azərbaycan arasında əməkdaşlıq sahələri barədə müzakirələr aparılıb.