Belarus Latviya səfirini ölkədən çıxarır.

Unikal.org xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.

Onun sözlərinə görə, səfirdən 24 saat ərzində Belarusu tərk etməsi tələb olunub.

Qeyd edək ki, bu gün Riqada Belarusun dövlət bayrağının təhqir olunması iki ölkə arasında diplomatik qalmaqala səbəb olub. Faktla əlaqədar Latviya səfiri Belarus Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim edilib.