“Ötən il koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində aztəminatlı ailələrin uşaqlarının təhsil haqqını dövlət qarşıladı”.
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, bu addım müsbət qiymətləndirilir:
“Həmin humanist addım bu il də davam edəcək. Amma bir nüansı qeyd etmək istəyirəm ki, bu, adına pay torpaqları olan və həqiqətən aztəminatlı olan ailələrinin uşaqlarına şamil edilmir. Bu məsələyə yenidən baxılmasını təklif edirəm. Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin uşaqlarının bu humanist addımdan yararlanması təmin olunsun. 5 hektara qədər torpaq sahəsi olan, amma gəlirlərinə görə aztəminatlı olan ailələrin uşaqlarının da təhsil haqları dövlət tərəfindən qarşılansın. Təhsil prioritetdir”.