Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 168 milyon 528 min 40 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 499 min 712 nəfərdir. İndiyədək 150 milyon 52 min 550 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.