Həbsdə olan sabiq səfir Eldar Həsənov barəsində Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə istintaq mərhələsinin gedişatı barədə məlumat açıqlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Unikal.org-a bildirilib ki, qeyd olunan cinayət işi üzrə aparılan istintaq artıq yekunlaşmaq üzrədir:
"İstintaqın nəticələri barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat veriləcək".