Sumqayıt şəhərini içməli su ilə ilə təmin edən 1000 mm diametrli  magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar 02 iyun  2021-ci il tarixində gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Unikal.org xəbər verir ki, yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.