Xəbər veridyimiz kimi, Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru Leysan Məmmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, L.Məmmədov artıq yeni vəzifəyə təyin olunub. 

Belə ki, o Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Aparat rəhbəri vəzifəsinəgətirilib.

***10:57

Gənclər və İdman Nazirliyində kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, nazirliyin Tikilməkdə Olan Obyektlər Müdiriyyətinin direktoru Leysan Məmmədov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Hələlik sözügedən vəzifəyə təyinat yoxdur.

Aygün İlqarqızı