Gürcüstanda ötən sutkada koronavirusa 705 yeni yoluxma faktı qeydə alınıb, 1 128 nəfər müalicə olunaraq sağalıb, 14 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 351 954 nəfər yoluxub. Onların 337 023-ü sağalıb, 4 996-sı dünyasını dəyişib.
Son 24 saat ərzində 33 mindən çox test yoxlaması aparılıb.