Azərbaycan karateçisi Firdovsi Fərzəliyev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Unikal.org xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı bu nailiyyətə Fransanın paytaxtı Parisdə keçirilən təsnifat turnirində imza atıb.

O, bürünc medal görüşündə serbiyalı Stefan Cokiç üzərində 3:2 hesablı qələbə sayəsində olimpiadaya vəsiqəyə yiyələnib.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın 2 karateçisi - Rafael Ağayev (75 kq) və İrina Zaretska (61 kq) Tokio-2020-də iştirak hüququ qazanıb.