Bodrumda istirahət edən “Beşiktaş”-ın oyunçusu Valentin Rosier sevgilisi Sephora Qoiqnanın ad günü münasibətilə parti edib.

Unikal.org  xəbər verir ki, bunun üçün futbolçu yaxta kirayələyib. Cütlük özəl gününə yaxın dostlarını da dəvət edib.

Valentin günəş vannası qəbul edərkən, Sephora rəfiqələri ilə rəqs edərək əylənib. Onların musiqi səsi ətrafda dincələnləri narahat edib.