Futbol üzrə Polşa millisinin qapıçısı Voytsex Şesni Avropa çempionatının tarixinə düşüb.

Unikal.org  xəbər verir ki, Slovakiya yığmasına qarşı F qrupunun ilk tur oyununda avtoqol müəllifi olan Şesni turnirin tarixində topu öz qapısından keçirən ilk qolkiper olub.

Qeyd edək ki, Slovakiya-Polşa qarşılaşması birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.