Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu alqışlayır.
Unikal.org-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq təhlükəsizliyin təmin olunmasında və dəstəklənməsində NATO-nun rolunu alqışlayır və təşkilatla mövcud sazişlərin tərəfdaşlıq prinsiplərinə sadiqdir.