“Azərbaycanlı qardaşlarımızla üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Canı yananlar, qanı tökülənlər, maddi və mənəvi ziyan çəkənlər sadəcə Qarabada yaşayan insanlardır. Asan deyil, 30 il”.
Unikal.org-un verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 30 ildən sonra işğal altında olan torpaqlar sahiblərinə qovuşdu: “Böyük bir liderlik göstərərək bu zəfəri Azərbaycana qazandıran Ali Baş Komandan İlham Əliyevi bir daha təbrik edirəm”.