Iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə nazir "Twitter" sosial şəbəkəsində bildirib.

"BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi cənab Qulam İshaqzainin ölkəmizdə diplomatik fəaliyyəti başa çatır. Qulam İshaqzaiyə BMT ilə ölkəmizin səmərəli əməkdaşlığına verdiyi töhfələr üçün təşəkkür edir və yeni fəaliyyətində uğurlar arzulayıram", - o qeyd edib.