“Zəngəzur dəhlizindəki dəmiryolu ilə ermənilər də Moskvaya gedə biləcəklər. Beləcə onlar blokadadan çıxacaqlar”.
Unikal.org xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgədə düşmənçilik ortadan qalxmalıdır: “Mən bura NATO Zirvəsindən gəldim, vacib görüşlər keçirdim. Dünyanın problemləri bitməyib. Amma bir olarsaq, bunları həll edərik”.