Amerika Kosmik və Aviasiya İdarəsinin (NASA) prezidenti və keçmiş kosmonavt Bill Nelson, Yerdən kənar planetlərdə yaşayışın olması ilə əlaqədar açıqlamalar verib. 

Unikal.org xarici KİV-ə istinadən bildirir ki, NASA prezidenti Bill Nelson, Pentaqonun məxfi hesabatını gördüyünü və yadplanetlilərin mövcud olduğunu bildirib.

Keçən ay Pentaqonun naməlum yad cisimlər (UFO) ilə bağlı hesabatının yayımlanmasından sonra, Nelson hesabatın gizli versiyasını gördüyünü və "açıq-aşkar faktların olmasını" bildirib. 

NASA-nın prezidenti bildirib ki, kainatda insanlar xaricində ağıllı varlıqlar mövcuddur və onlar dünya ilə əlaqə quracaqlar: 

“Biz Marsda, digər planetlərdə və kosmosda həyat axtarırıq. Yaşayış olan bir atmosferə sahib olan planetlərlə digər günəşləri müəyyənləşdirməyə çalışırıq. NASA-nın kəşfiyyatçı helikopteri hazırda Qırmızı Planetdədir və missiyanın məqsədlərindən biri kimi həyatın fosil dəlillərini axtarır".

Ağarza Elçinoğlu