Kommunist sisteminin illərdir tətbiq olunduğu Kubada iqtisadiyyat tam olaraq çöküb.
Unikal.org xəbər verir ki, koronavirus pandemiyası səbəbindən iqtisadi böhranın ciddi şəkildə artması insanların haqlı etirazına səbəb olub. Belə ki, xalq etiraz əlaməti olaraq küçələrə çıxıb.
Tarixin ən böyük hökumət əleyhinə nümayişinin dünən Havanadan Santiaqoya qədər baş verdiyi Kubada, prezident Mikuel Diaz-Kanel istefaya çağırılıb.
Polis insanlara qarşı odlu silahdan istifadə edib.