ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağa başlayandan sonra “Taliban” qruplaşmasının fəallaşması nəticəsində dinc sakinlər arasında ölənlərin və yaralananların sayı artıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə missiyasının hesabatında bildirilib.
Hesabata əsasən, “Taliban” qruplaşmasının may ayından bugünə kimi hücumları nəticəsində 1 659 dinc sakin ölüb, 3 254 mülki vətəndaş yaralanıb. Bu isə 2020-ci ilin uyğun dövrü ilə müqayisədə 47 faiz çoxdur.
Məlumata görə, son günlər qruplaşma azı 43 dinc sakini qətlə yetirib.