ABŞ-ın texnologiya nəhəngi “Google” şirkətinin də daxil olduğu “Alphabet” holdinqi ofislərdə çalışan bütün işçiləri koronavirus infeksiyasına qarşı məcburi peyvənd etdirəcək.
Unikal.org xəbər verir ki, bunu şirkətin Baş icraçı direktoru (CEO) Sundar Piçai bəyan edib.
Vaksinasiyadan öncə işçilərə özündə peyvəndin təsiri barədə məlumatları ehtiva edən tövsiyələr təqdim ediləcək.
Səhhətində müəyyən problem olan işçilər peyvənd olunmayacaq. Qeyd edək ki, şirkət işçilərinə məsafədən işləmək müddətini 18 oktyabr tarixinə qədər uzadıb.