Sui -qəsd nəticəsində öldürülmüş Haiti prezidenti Jovenel Moizin həyat yoldaşı Martin uşaqları ilə birlikdə ölkəni tərk edərək ABŞ -a gedib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş prezidentin ailəsi Florida ştatına uçub. Martin Moiz müalicəsini orada davam etdirəcək.

Haiti prezidenti Jovenel Moiz iyulun 7 -də gecə vaxtı iqamətgahına edilən hücumda öldürülüb. Həyat yoldaşı isə ağır yaralanıb və Mayamidə xəstəxanaya yerləşdirilib. Ölkənin hüquq -mühafizə orqanları 28 şübhəlinin şəxsiyyətinin müəyyən edildiyini, onlardan 26 nəfərin Kolumbiya vətəndaşı olduğunu bildirib. Şübhəıilərdən 27 nəfər həbs edilib.