"Alyaskanın Çiqnik qəsəbəsindən cənub-şərqdə 8,1 bal gücündə zəlzələ olub. Sunami təhlükəsi var".

Bu barədə Unikal.org ABŞ-ın Sunami üzrə Xəbərdarlıq Mərkəzinə istinadən xəbər verir. 

Qeyd edək ki, iyulun 29-da Alyaskada güclü zəlzələ olub. ABŞ-ın Geoloji Xidməti isə yeraltı təkanların 7,3 bal gücündə olduğunu açıqlamışdı.

 

*** 10:43

Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının sahillərində güclü zəlzələ baş verib.

Unikal.org xəbər verir ki, zəlzələ 7,3 bal gücündə qeydə alınıb. 

Bildirilir ki, bu barədə məlumatı ABŞ-ın seysmoloqları verib. 

Yeraltı təkanlar nəticəsində itki və dağıntılar barədə məlumat yayılmayıb.