Gürcüstanda ötən sutkada daha 2 796 nəfərə koronavirus diaqnozu qoyulub, 17 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində daha 2 088 nəfər müalicə olunaraq sağalıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 413 626 yoluxma halı təsdiqlənib. Yoluxanların 379 685-i sağalıb, 5 768-i dünyasını dəyişib.