Amerikanın “Twitter” şirkəti koronavirusun delta ştammının yayılması səbəbindən San-Fransiskodakı mənzil-qərargahını və Nyu -Yorkdakı ofislərini müvəqqəti bağlayır.

Unikal.org  xəbər verir ki, bu barədə “Forbes” sosial şəbəkə nümayəndəsinə istinadən xəbər yayıb.

Məlumata görə, iki həftə əvvəl "Twitter" əməkdaşlarına məsafəli iş rejimindən çıxmağa və ofislərə gəlməyə icazə verib. Qərargah və ofislərin bağlanmasına əlavə olaraq, şirkət yeni ofis açılışlarını da dayandırıb.