Xəzər dənizində zəlzələ olub.
Unikal.org bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:48-də Qala stansiyasından 31 km cənub-qərbdə, Xəzərdə qeydə alınıb. Yeraltı təkanlar 3,6 maqnitudada baş verib. Zəlzələ ocağı 63 kilometr dərinlikdə yerləşib