Ucar sakini kanalda çimərkən boğularaq ölüb.
Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd sakini, 48 yaşlı Yadigar Vahid oğlu Abbasov dostları ilə Qazyan kanalında çimərkən boğulub. Meyit sakinlərin köməkliyi ilə sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.(report.az)