Bakıda intihar hadisəsi qeydə alınıb.

Bu barədə Unikal.org-un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avqusun 8-i gecə saatlarında Xətai rayon sakini, 1991-ci il təvəllüdlü Mirzəyev Ramal Rafiq oğlu yaşadığı mənzildə özünü asaraq intihar edib.

Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 30 yaşlı Ramal Mirzəyev futbol üzrə 17 yaşadək qızlardan ibarət millimizdə inzibatçı kimi çalışıb.

Seymur Əli