"Bütün təhsil müəssisələrimiz yeni tədris ili müəyyənləşdirildiyi vaxtda açılacaq. Əyani təhsildən vaz keçməyimiz müzakirə mövzusu ola bilməz".

Unikal.org xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni növ koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində yaradılan Elmi Şuranın növbəti iclasından sonrakı açıqlamasında bildirib.

Nazir deyib ki, Elmi Şuranın bu istiqamətdəki təklifləri Təhsil Nazirliyi və Ali Təhsil Şurası ilə müzakirə edilib cəmiyyətə açıqlanacaq: "Bütün səviyyələrdəki təhsil müəssisələrimiz üz-üzə təhsil verəcək və praktiki məşğələlər fasiləsiz davam edəcək, çünki artıq peyvənd var. Şərtlərdən asılı olmayaraq, tələbələrimizi, şagirdlərimizi və onların ailələrini pandemiya təhlükəsindən qoruyaraq praktiki və əyani təhsilimizə davam edəcəyik. Ən önəmli işimiz peyvənd olunmayan müəllimlərimizin qalmamasıdır".