Zaqatalada mağaza yanıb.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Mosul kəndində yerləşən mağazada baş verib.

Yanğın zamanı mağazada işləyən satıcı yanıq xəsarətləri alıb. Yanıq xəsarətləri alan satıcı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Mağazada baş verən yanğın qısa müddət ərazində söndürülüb.