Şəmkir rayonu, Tatarlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Unikal.org xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olub.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İlkin məlumata əsasən, təqribən 1 ha sahədə kol-kos yanır.

Əlavə məlumat veriləcək.