"Taliban"ın Əfqanıstanı ələ keçirməsindən sonra ölkədə vəziyyətin pisləşməsi fonunda Yaponiya, Kabildəki səfirliyindəki bütün işçilərini təxliyə edib.
Unikal.org xəbər verir ki, bu barədə Yaponiyanın Xarici İşlər Nazirliyindən çərşənbə axşamıb günü məlumat verilib.
Bildirilib ki, səfirlik fəaliyyətini bərpa etmək üçün İstanbulda müvəqqəti bir ofis qurub.
Nazirliyin məlumatına görə, Yaponiya səfirliyinin 12 əməkdaşı bazar günü Kabildəki səfirliyi bağladıqdan sonra "dost millətin hərbi təyyarəsi ilə" Dubaya gəlib.
Ağarza Elçinoğlu